Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Polyakların Azərbaycanda fəaliyyəti” kitabı nəşr edilib

23/05/2019

Azərbaycan Cümhuriyyətinin 101-ci ildönümü ərəfəsində Mətbuat tarixi kafedrasını professoru Nəsiman Yaqublunun “Polyakların Azərbaycanda fəaliyyəti” kitabı nəşr edilib. Polşa Respublikasının Azərbaycandakı səfirliyinin dəstəyi ilə nəşr edilən kitabda Azərbaycanda yaşamış polyakların üç istiqamətdə fəaliyyəti tədqiq edilib:1.Polyakların neft sənayesinin inkişafında xidmətləri; 2. Polyakların şəhərin arxitektura sahəsində çalışmaları; 3. Polyakların Azərbaycan Xalq Cümhuriyyəti dövründə rolu.

Qeyd edək ki, Bakı şəhərinin müasirləşməsində, hüquqi sisteminə aid sahələrin  yaranmasında ciddi rol oynamış polyak mütəxəssislərin də fəaliyyəti kitabda arxiv sənədlərinə istinadən oxuculara təqdim olunur. Kitabda polyakların fəaliyyətinə aid çoxlu sayda fotolar, arxiv sənədləri də toplanıb. Bu kitabdakı materiallardan tanınmış arxitektorlardan Y.Qoslavskinin, Y.Plyoşkonun, Cümhuriyyət dönəmində çalışmış L.Kriçinskinin, O.Kriçinskinin, M.Sulkeviçin və digərlərinin fəaliyyətləri ilə bağlı məlumatlar öyrənmək mümkündür.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009