Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

PR mütəxəssisi Afət Yaqubova ilə tələbələrin görüşü

23/11/2022

PR mütəxəssisi, PR laboratoriya agentliyinin direktoru Afət Yaqubova ilə fakültənin 4-cü kurs tələbələri ilə görüşü keçirilib.

İctimaiyyətlə əlaqələr dərsi çərçivəsində təşkil olunmuş görüşdə çıxış edən fənn müəllimi Vüqar Əliyev qonağı tələbələrə təqdim edib.

Afət Yaqubova İctimaiyyətlə əlaqələrin qurulmasının əsas prinsipləri, onun vətəndaş cəmiyyətində yeri və rolu, PR-ın məqsəd və vəzifələri barədə tələbələri məlumatlandırıb. Eyni zamanda PR və reklam, PR və marketinqin fərqlərini izah etməklə yanaşı, böhranlı vəziyyətdə düzgün idarəçilik qaydalarını diqqətə çatdırıb.

İnteraktiv  şəklində keçən görüş tələbələrin çoxsaylı suallarının cavablandırılması ilə yekunlaşıb.






Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009