BDU-nin Jurnalistika fakültəsinin professoru Akif Rüstəmovun 80 illik yubileyi münasibəti ilə bağlı Jurnalistika fakültəsidə təqdimat keçirilib. Müəllim, tələbə və qonaqların iştirakı ilə baş tutan tədbirdə, fakültə dekanı Vüqar Zifəroğlu, Multimedia və jurnalistika kafedrasının rəhbəri, professor Allahverdi Məmmədli, professor Nəsir Əhmədli, dosent Aynur Nəsirova və başqaları Akif Rüstəmovun insani keyfiyyətlərə və dəyərlərə malik, xalqının tarixini, dilini, mənəvi dünyasını bilən və sevən, özünəqədərki jurnalistika və mətbuat tarixindən xəbərdar olan, əqidəsinə, doğru bildiyi yoluna sadiq qalan vətəndaş, müəllim kimi dəyərləndiriblər. Daha sonra tədbirdə tələbələrin hazırladığı, professor Akif Rüstəmovun həyatı və peşə fəaliyyətinə həsr olunan süjet və radiopaket təqdim olunub.
Sonda çıxış edən yubilyar tədbir təşkilatçılarına iştiraklarına və təbriklərə görə qonaqlara təşəkkür edib.
![]() |
![]() |
![]() |
![]() |
Sonda çıxış edən müəllif tədbirdə iştiraklarına, çıxışlara və təkliflərə görə qonaqlara təşəkkür edib, tələblərə kitabını təqdim edib.