Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Nəsiman Yaqublu Polşada keçirilən XV Beynəlxalq Prometey konfransında iştirak edib

23/09/2019

Tarix elmləri doktoru, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru Nəsiman Yaqublu Varşavada keçirilən XV Beynəlxalq Prometey Konfransında iştirak edərək “Azərbaycanda yaşamış polyakların fəaliyyəti” adlı məruzə ilə çıxış edib. N.Yaqublu müəllifi olduğu olduğu rus və ingilis dillərində nəşr edilmiş “Azərbaycanda yaşamış polyakların fəaliyyəti” kitabını polyak alimlərinə təqdim edib. Kitab Varşava Dövlət Universitetinin və Krakov Universitetinin kitabxanalarının ümumi kataloqlarına daxil edilib.

N.Yaqublunun konfransdakı məruzəsinin Varşavada nəşr edilən “ Yeni Prometey” jurnalında da məqalə olaraq  çap olunması qərara alınıb.

Qeyd edək ki, konfrans Varşava Dövlət Universitetinin Şərqi Avropa İnstitutunun təşkilatçılığı ilə keçirilib. Konfransda dünyanın müxtəlif ölkələrindən alimlər - Polşadan Yan Malitski, Rusiyadan professor Salavat İshakov, Ukraynadan Valentina Piskun və başqaları iştirak edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009