Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Professor Nəsiman Yaqublu Polşada konfransda iştirak edib

05/12/2018

Polşanın paytaxtı Varşava şəhərində Milli Yaddaş İnstitunun təşkilatçılığı ilə Sovet dövründə təqib edilmiş polyaklarla bağlı tədbir keçirilib. Sərgi, sənədli filmin nümayişi və konfransdan ibarət olan tədbirdə Polşanın dövlət rəsmiləri, Ukraynadan gələn alimlər və media təmsilçiləri iştirak edib.

Polşa ictimaiyyətinin böyük marağına səbəb olan konfransda Azərbaycanı tarix elmləri doktoru, Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professoru  Nəsiman Yaqublu təmsil edib. Professorun “Azərbaycanda yaşamış polyakların sovet dövründə təqibi” adlı məruzəsi konfrans iştirakçılar tərəfindən maraqla qarşılanıb.  Milli Yaddaş İnstitutunun rəhbərliyi N.Yaqublunun polyaklarla bağlı araşdırmalarını polyak dilində nəşr etdirəcəklərini bildirib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009