Türkiyənin İğdır şəhərində Türk Tarix Qurumunun və İğdır Universitetinin təşkilatçılığı ilə I Uluslarararsı 20-ci yüzilliyin ilk yarısında Türk-Erməni əlaqələri simpoziumu keçirilib. Dünyanın müxtəlif ölkələrindən - Türkiyə,Ukrayna, İran, Hindistan və Azərbaycandan 100-ə qədər alimin və tədqiqatçının qatıldığı tədbirin açılış mərasimində İğdır Universitetinin rektoru professor Mehmet Hakkı Alma,Türk Tarix Qurumunun təmsilçisi professor Hikmət Öksüz, Kazım Qarabəkir Paşanın qızı Timsal Qarabəkir, İğdır valisi Ənvər Ünlü iştirak ediblər. Azərbaycandan bir qrup alimin də qatıldığı beynəlxalq tədbirdə Bakı Dövlət Universitetinin professoru,tarix elmləri doktoru Nəsiman Yaqublu ermənilərin türk və müsəlman toplumuna qarşı törətdiyi cinayətləri Rusiyanın dövlət arxivlərində saxlanılan sənədlər əsasında toplantı iştirakçılarına təqdim edib.