IV İslam Həmrəylik Oyunları çərçivəsində ölkəmizə səfər edən Türkiyənin Qazi Universiteti Jurnalistika fakültəsinin professoru Zakir Avşar Bakı Dövlət Universitetində olub.
Zakir Avşar Jurnalistika fakültəsinin professor- müəllim heyəti ilə görüşüb. Daha sonra tələbələrə mühazirə oxuyub, günümüzdə media dünyası, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini, vəzifələrini dəyərləndirib.