Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Qafqaz İslam Ordusunun Azərbaycanda İzləri” kitabının təqdimatı keçirilib

08/11/2018

Bakı Dövlət Universiteti Jurnalistika fakültəsi Mətbuat tarixi kafedrasının professoru, Tarix elmləri doktoru Nəsiman Yaqublunun Bakının Qurtuluşunun 100 illiyi münasibəti ilə “Qafqaz İslam Ordusunun Azərbaycanda İzləri” kitabı nəşr edilib. Bu münasibətlə Türkiyə Cumhuriyyətinin Azərbaycan Respublikasındakı Səfirliyində kitabın təqdimat mərasimi keçirilib. Təqdimat mərasimində Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, professor Nəsiman Yaqublu, tədqiqatçı Firdovsiyyə Əhmədova çıxış edərək kitabın əhəmiyyətindən danışıblar. Mərasimdə çıxış edən Erkan Özoral "Qafqaz İslam Ordusunun Azərbaycandakı izləri" kitabının nəşrini yüksək qiymətləndirərək, müəllifin bu işi ərsəyə gətirmək üçün böyük səylər göstərdiyini vurğulayıb.
Təqdim olunan kitabın müəllifi Nəsiman Yaqublu isə öz növbəsində kitabın nəşrinə və tədbirin təşkilinə verdiyi dəstəyə görə Erkan Özorala minnətdarlığını bildirib.
Kitabın təqdimat mərasimində Millət vəkillərindən Məlahət İbrahimova, Gövhər Baxşəliyeva, Fərəc Quliyev, tanınmış ziyalılardan Sabir Rüstəmxanlı, Qulu Məhərrəmli, Rəşad Məcid, Zülfüqar Hüseyinzadə, Atatürk litseyinin müəllimləri, Türkiyənin Bakıdakı iş adamları, Türkiyə Hərbi Ataşeliyinin təmsilçiləri, media nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, foto-kitab 1918-ci ildə Azərbaycana xilaskar bir qüvvə kimi gəlib vətənimizi bolşevik-daşnak qüvvələrindən azad etmiş Qafqaz İslam Ordusuna və onun komandiri Nuru Paşanın fədakarlığına həsr edilib. Kitabda Qafqaz İslam Ordusunun və Nuru Paşanın Azərbaycanda bu gün də qorunub saxlanılan izləri ilə bağlı maraqlı məlumatlar verilib.

 

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009