Qazaxıstanın L.H.Qumilyov adına Milli Avroasiya Universitetinin jurnalistika-politologiya fakültəsinin magistrantları 4-15 dekabr tarixlərində Jurnalistika fakültəsində elmi-tədqiqat təcrübəsində olublar. Bu müddət ərzində müxtəlif dərslərdə iştirak edib, ayrı-ayrı kafedralar üzrə professor-müəllim heyəti ilə görüşərək lazımi elmi məlumatlar əldə etməklə bərabər, fakültədə fəaliyyət göstərən BDU-nun televiziya studiyasında çəkilişlərdə iştirak edərək təcrübələrini bölüşüblər.
Bu gün fakültənin dekanı dosent Vüqar Əliyev və elmi işlər üzrə dekan müavini dosent Sevinc Əliyeva tələbə-magistrantlara sertifikatlar təqdim ediblər.
Tələbə-magistrantlar Bakı Dövlət Universitetinin və fakültənin rəhbərliyinə dərin təşəkkürlərini bildirərək xoş təssüratlarla ayrıldıqlarını bildiriblər.