Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin Milli mətbuat tarixi kafedrasında elmi seminar keçirilib. Seminarı giriş sözü ilə açan elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva tədbir iştirakçılarını salamlayıb, mövzunun aktuallığını diqqətə çatdırıb.
Daha sonra doktorant Afaq Ağayarova ““İqbal” qəzeti: maarifçilikdən milli özünüdərkə” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə maarifçiliyin XIX əsrin sonlarında olduğu kimi, XX əsrin əvvəllərində də ədəbi-tarixi prosesi və mədəni-siyasi fikri məşğul edən əsas məsələ olduğunu diqqətə çatdırıb. Doktorant “İqbal” (1912-1915) qəzetini XX əsrin əvvəllərində həyat və cəmiyyət hadisələrinə münasibətin formalaşmasına yardım etməklə maarifçiliyin təbliğatçısı kimi səciyyələndirib.
Seminarda Milli mətbuat tarixi kafedrasının professoru Nəsiman Yaqublu, dosentlər Sima Rəhimova, Aygün Əzimova, müəllimlər Samir Mirzəyev, Ruxsarə Məmmədova, elmi işçilər Günay Məmmədova və Nigar Ağayevanın mövzu ilə bağlı fikirləri maraqla qarşılanıb.
![]() |
![]() |