Bu gün Milli Məclisin deputatları ilə ali məktəbin tələbələri arasında əməkdaşlığın genişləndirilməsinə xidmət edən " Deputat-tələbə əməkdaşlığı" layihəsinin növbəti qalibləri mükafatlandırılıb. Milli Məclisdə keçirilən mərasimdə deputat Qənirə Paşayeva 1-ci və 2-ci yerlərin sahiblərinə noutbuk, 3-cü yer tutan tələbələrə isə xüsusi mükafat təqdim edib.
Qeyd edək ki, millət vəkili özünün təqdim etdiyi mövzu ilə əlaqədar Polis Akademiyasının müdavimi Rövşən Rzayevin yazdığı “Dövlət rəmzlərinin təbliği və vətənpərvərlik ruhu” adlı məqaləni 1-ci yerə layiq görüb. Deputat ikinci yeri BDU-da II kursin magistri Turac Qəhrəmanovanın yazdığı məqaləyə verib.
Üçüncü yerə iki tələbəninin yazısını layiq görüb. Nail Mehdi BDU-nun 2-ci kurs tələbəsi və Səbinə Seyidovadır Qərb Universiteti, IV kurs tələbəsidir.