Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Radioda praktik iş dərsi “107.7 Avto fm”də

30/11/2015

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin JK029-cu qrupun III kurs tələbələri yenidən “107.7 Avto fm”in qonağı olublar.Tələbələr “107.7 Avto fm” radioda olduqları bu müddət ərzində radio jurnalistin bilməli olduğu texniki məsələlər ilə tanış olublar. Xüsusilə qeyd olunası məsələlərdən biri də radio əməkdaşlarının tələbələrlə keçirtdikləri praktiki-mühazirədir. Texniki qurğular üzərində iş, radio dili və nitqi mövzularında öz təcrübələrini tələbələrlə bölüşmələri bu sahənin incəliklərini daha asand qavranılmasına yardımçı olub.
Qeyd edək ki, bu tələbələrin radio mütəxəssisləri ilə ilk görüşü deyil. Hər həftə radio sahəsində öz sözünü demiş jurnalistlərin tələbələrlə görüşü təşkil olunur. Sevil xanımın xüsusilə gənc və peşəkar jurnalistləri qonaq qismində dəvət etməsi qonaq və tələbələr arasında səmimi dialoqun yaranmasına zəmin yaradır.


Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009