Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Rafiq Həşimov Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

08/04/2021

Bu gün Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində aparıcı, diktor, ssenarist, rejissor, Azərbaycan Respublikasının əməkdar artisti, Yazıçılar Birliyinin üzvü, "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin sədr müavini Rafiq Həşimov arasında onlayn görüş keçirilib.
Multimedia və elektron kommunikasiya kafedrasının baş müəllimi Əli Hacıyev görüşü giriş nitqi ilə açaraq, tədbir iştirakçılarını salamlayıb. Əli Hacıyev artıq ənənə halını alan görüşün əhəmiyyətindən danışıb, qonaq haqqında tələbələrə məlumat verib.
Rafiq Həşimov öz növbəsində tədbirdə iştirakından şad olduğunu, bu ünsiyyətdən məmnunluğunu diqqətə çatdırıb. Qonaq "Azərbaycan Televiziya və Radio Verilişləri" (AzTV) Qapalı Səhmdar Cəmiyyətinin inkişaf mərhələsindən, dünənindən və bugünündən söhbət açıb.  Qonaq tələbələrlə öz təcrübəsini bölüşüb, teleaparıcının iş özəlliklərindən danışıb, jurnalistin nitq mədəniyyəti, günümüzdə media dünyası, informasiya siyasəti, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009