Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Rektor Abel Məhərrəmov BDU televiziyasına müsahibə verib

19/04/2016

Bakı Dövlət Universitetinin rektoru Abel Məhərrəmov Jurnalistika fakültəsinin BDU Radio və BDU TV studiyalarında görülən işlərlə tanış olub. Televiziya və radio jurnalistikası kafedrasının müdiri Aynur Kərimova BDU media kompleksi haqqında ətraflı məlumat verib. A.Məhərrəmov bir qrup magistrant və bakalavriatın iştirakı ilə yayımlanan studiyada müsahibə verib. Rektor BDU və TİKA birgə layihəsi əsasında qurulan BDU Radio və BDU TV-nin əhəmiyyətindən, gələcək perspektivlərindən və fəaliyyət istiqamətlərindən danışıb.  Eyni zamanda, Türk Әmәkdaşlıq vә Koordinasiya Agentliyi TİKA-nın BDU ilə birgə layihəsi çərçivəsində TRT-də dörd həftəlik təcrübə keçən RTV kafedrasının doktorantı Mehriban Ələkbərova, magistrantlar - Səid Babazadə, Malik Talıblı, Xəyalə Əzizli, Toğrul Quluzadə, Aysel Qasımova, bakalavrlar - Azər Ağayev və Cavid Abbaslının təəsüratlarını dinləyib. Məlum olub ki, tələbələr davamlı olaraq studiyaların fəaliyyət prinsipləri, “production” anlayışı, günlük, həftəlik, aylıq yayım formatlarının hazırlanması, efir vaxtının düzgün seçilməsi, yaş həddlərinin nəzərə alınması, proqrama dinləyicinin qazandırılma yolları, aparıcılıq, səs montajı istiqamətində peşəkar dərslər alıb, internet televiziyaları, online media, səs və akustika, işıq və kölgə, eyni zamanda montaj dərslərində olublar.

Görüşdə BDU-nun Elm və innovasiyalar üzrə prorektoru Aydın Kazımzadə, İqtisadi-təsərrüfat işləri üzrə prorektor Nəbi Ramazanlı, Jurnalistika fakültəsinin Tədris işəri üzrə dekan müavini Əli Hacıyev, Televiziya və radio jurnalistikası kafedrasının müəllimi Sevil Həsənova, Televiziya və radio studiyasının redaktoru Leyla Rəşid iştirak ediblər.

Qeyd edək ki, TİKA-nın “BDU-nun Jurnalistika fakültəsinin tədris proqramlarının yenilənməsi və Texniki Təhsil infrastrukturuna Dəstək” layihəsi çərçivəsində aparılan işin növbəti mərhələsi artıq yekunlaşııb. Fakültənin tədris kurrikulumunun və maddi-texniki bazasının yenilənməsi, akademik heyətinin təkmilləşdirilməsi ilə əlaqədar görülən fəaliyyətlər sırasında olan və yüksək texnologiyalara cavab verən BDU Radio və BDU TV-də sınaq yayımları artıq başlanıb.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009