Universitetin cari və perspektiv fəaliyyət proqramı, görülən və nəzərdə tutulan işlər barədə məlumat verən rektor dekan, kafedra müdiri, professor və müəllimlərin seçkisi və boş olan vəzifələri tutmaq üçün elan edilmiş müsabiqə haqqında məlumat verib. Rektor tədrisin keyfiyyətinin təmin olunması istiqamətində görülən işlərin və elmi-tədqiqatların gücləndirilməsi barədə danışıb, yerli və beynəlxalq konfransların keçirilməsində yeni yanaşmaların tətbiqinin vacibliyini qeyd edib. Eyni zamanda, elmi məqalələrin yazılması, onların nüfuzlu jurnallarda çap etdirilməsi, universitetdə nəşr edilən elmi jurnalların optimallaşdırılması istiqamətində yeni hədəflərini açıqlayıb, fakültələrin səlahiyyətlərinin genişləndirilməsi və maddi-texniki bazasının təkmilləşdirilməsi barədə danışıb.
Bakı Dövlət Universitetinin 100 illik yubileyinə hazırlıq prosesi, yubiley tədbirinin eyni zamanda YUNESKO-da qeyd ediləcəyi barədə məlumat verən rektor professor-müəllim heyətini maraqlandıran sualları cavablandırılıb.
Qeyd edək ki, görüşlərin davamlı olaraq bütün fakültələrlə keçirilməsi nəzərdə tutulub.
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |