Bu gün rektor, akademik Abel Məhərrəmov jurnalistika fakültəsinin Yekun Dövlət Attestasiyasına buraxılan tələbələrini qəbul edib. Görüşdə fakültənin dekanı və kafedra müdirləri də iştirak edib.
Yekun Dövlət Attestasiyası ilə bağlı məlumat verən rektor, eyni zamanda tələbələrin problemləri ilə maraqlanıb, onların suallarını cavablandırıb və müəyyən tapşırıqlarını verib. Abel Məhərrəmov tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, imtahanlara bilavasitə özü nəzarət edəcəyini bildirib.
Eyni zamanda fakültə dekanı və kafedra müdirlərinə tələbələrlə vaxtaşırı görüşmək, onların icmal mühazirələrdə fəal iştiraklarını təmin etmək üçün lazımi göstərişlərini verib.