Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Rektor jurnalistika, ilahiyyat, biologiya və mexanika-riyaziyyat fakültələrinin IV kurs tələbələri ilə görüşüb

14/05/2012

BDU-nun rektoru, akademik Abel Məhərrəmovun IV kurs tələbələri ilə görüşü davam edir. Dövlət imtahanı ilə bağlı olan görüşün bugünkü iştirakçıları jurnalistika, ilahiyyat, biologiya və mexanika-riyaziyyat fakültələrinin tələbələri olub. Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor, professor İradə Əliyeva dövlət imtahanına hazırlıqla bağlı məlumat verib. Çıxış edən rektor Abel Məhərrəmov tələbələrin problemləri ilə maraqlanıb, onların çoxsaylı suallarını cavablandırıb, dövlət imtahanından keçə bilməyən tələbələr üçün yenidən imtahanların təşkil ediləcəyini bildirib. Rektor tələbələrə imtahana ciddi hazırlaşmalarını tövsiyə edib, nəzarətin bilavasitə özü tərəfindən ediləcəyini diqqətə çatdırıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009