Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində fəlsəfə elmləri doktoru, professor Arzu Hacıyevanın atası, böyük jurnalist, publisist Əşrəf Hacıyevin xatirəsinə həsr edilmiş “Əşrəf Hacıyev-biblioqrafik göstərici” kitabının təqdimatı keçirilib. Tədbiri giriş sözü ilə açan fakültənin dekanı, filologiya elmləri doktoru Vüqar Əliyev iştirakçıları salamlayıb. İlk olaraq tədbirin moderatoru Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli Əşrəf Hacıyev şəxsiyyətindən, kitabın əhəmiyyətindən söz açıb.
Təqdimatda iştirak edən “Xalq qəzeti”nin baş redaktorunun birinci müavini Qüdrət Piriyev, “Xalq qəzeti”nin baş redaktorunun müavini Tahir Aydınoğlu, “Xalq qəzeti”nin əməkdaşları İttifaq Mirzəbəyli, İlqar Həsənov, AMEA-nın ədəbiyyat institunun elmi işçisi Gülbəniz Babayeva Əşrəf Hacıyevlə bağlı danışıb, onunla olan xatirələrini bölüşüblər. Fakültənin əməkdaşları-professor Cahangir Məmmədli, dosentlər Mahmud Mahmudov, Aygün Əzimova və müəllim Diləfruz Şahbazova da əlamətdar hadisə ilə bağlı öz fikirlərini bölüşüblər. Fakültənin tələbələri Kənan Novruzov və Zərrintac Məmmədzadə isə bildiriblər ki, bu cür qələm sahibləri haqqında kitabların hazırlanması gənc jurnalistlərin gələcək peşəkar fəaliyyətləri üçün mühüm əhəmiyyətə malikdir.
![]() |
![]() |
![]() |
![]() |