Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

RTV kafedrasının müdiri Aynur xanım Kərimova "ilin kafedra" müdiri nominasiyasına layiq görülüb

09/04/2013

RTV kafedrasının müdiri, dos. Aynur xanım Kərimova BDU-nun Elmi Şurasının növbəti iclasında "İlin kafedra" müdiri" nominasiyasına layiq görülüb.

Qeyd edək ki, A.Kərimova 2012-ci ildən Televiziya və radio jurnalistika kafedrasını müdiri vəzifəsinə təyin olunub. Fəaliyyət göstərdiyi qısa müddət ərzində jurnalistika tədrisinin dünya standartlarına uyğun təşkilinə, peşə fənləri üzrə dərsliklərin və dərs vəsaitlərinin  hazırlanmasına çalışıb.  British Council, Access Bankla   birgə  təşkil etdiyi “Jurnalistikada yeni nəsil” adlı proyektin,Bakı Dövlət Universiteti jurnalistika fakültəsi tədris planının təkminləşdirilməsi, tədris prosesində iştirak edən əməkdaşların treninqləri, yeni dərslik və proqramların hazırlanmasını nəzərdə tutan  "Azərbaycanda jurnalist təhsilinin inkişafına dəstək" adlı layihənin   BDU-da  təşkilini təmin edib.

 

2010-cu ildə II Beynəlxalq konfransda Bakı Dövlət Universiteti Avropa Şurasının işçi qrupuna bu layihəyə qoşulmaq üçün müraciət etmişdir. Bununla əlaqədar olaraq 2011-ci ildə layihənin II hissəsi hazırlanmışdır və Bakı Dövlət Universiteti də daxil edilmişdir.

2013-2014-cü illərdə layihə çərçivəsində Bakı Dövlət Univeristeti jurnalistika fakültəsi tədris planının təkmilləşdirilməsi, tədris prosesində iştirak edən əməkdaşların treninqləri, yeni dərslik və proqramların hazırlanması nəzərdə tutulmuşdur.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009