Həştərxanda keçirilən tədbirdə Azərbaycandan olan media mütəxəsisləri 5 Xəzəryanı ölkənin birgə redaksiyasının yaradılması təklifi ilə çıxış edib. Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması Xəzəryanı ölkələr üçün mühüm addım olub və bu özünü bir çox sahələrdə, xüsusilə də medianın inkişafında göstərib. Bu fikirlər 5 Xəzəryanı ölkənin –Rusiya, Azərbaycan, Qazaxıstan, İran və Türkmənistanın media mütəxəsislərinin, jurnalistika fakültələrinin tələbələrinin işitak etdiyi “Xəzəryanı ölkələrin media məktəbi” adlı tədbirdə vurğulanıb. Rusiya Prezidentinin Qrantlar üzrə fondunun layihə rəhbəri Radmila Davidova Xəzəryanı ölkələrin əlaqələrində, inteqrasiyasında medianın rolunu xüsusi vurğulayıb. Xəzəryanı ölkələrin inkişafında media platformasının əhəmiyyətli işlər görəcəyinə ümid etdiyini qeyd edən R.Davidova qeyd edib ki, Həştərxan Rusiyanın ən fəal əyalətlərindən biridir, güclü ekspertləri, kadrları var. Həştərxan Dumasının nümayəndəsi cəmiyyətin, sosial mühitin irəli getməsində rol oynayan jurnalistləri əsas kommunikatorlar adlandırıb və bu kommunikatorların Xəzəryanı ölkələrin informasiya mübadiləsinə də töhvə verəcəklərini vurğulayıb. Həştərxan Dövlət Dumasının nümayəndəsi təmsil etdiyi qurumun hər zaman medianın informasiya əldə etməsinə, informasiya yayılmasına yardımcı olduğunu diqqətə çatdırıb. Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin dosenti Zaur Babayev Xəzəryanı dövlətlərin informasiya sistemlərinin vahid informasiya resurslarının təşkil olunması, ümumi xəzəryanı redaksiyasının yaranması təklifi ilə çıxış edib. Bir sözlə, informasiya mübadiləsinin gücləndirilməsinin vacibliyi bildirildi. Müzakirələrin sonunda Xəzəryanı dövlətlərin media platforması yaradılıb. Məqsəd Xəzəryanı ölkələrin iqtisadi, siyasi mədəni inkişafı ilə bağlı medianın fəaliyyətinin daha da genişləndirilməsi və bir şəbəkə halına gətirilməsidir.
“Xəzər Mediaməktəb-2019” tədbirində iştirak edən Jurnalistika fakültəsi Tedris-teleradio studiyasının efir rejissoru Sənan Əliyev nümayəndələr arasında təqdim etdiyi işinə görə müsabiqənin qalibi olub. Tədbir yeni və ənənəvi medianın fəaliyyəti, informasiya mənbələri, sosial mediada yayılan saxta məlumatların araşdırlması kimi mövzularla davam edib.
Qeyd edək ki, “Xəzər-Avrasiya” Beynəlxalq və İctimai-siyasi Araşdırmalar Assosasiyasının təşkilatşılığı ilə keçirilən tədbir noyabrın 18-dən 22-ə kimi davam edəcək.
![]() |
![]() |
![]() |
![]() |