Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Rusiyalı jurnalist Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

10/05/2018

“Cənubi Rusiya təhlili” nəşrinin baş redaktoru (Rusiya) və eyniadlı You Tube kanalının rəhbəri, beynəlxalq məsələlər üzrə ekspert, Yevgeni Mixaylovun Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilmə məqsədi barədə məlumat verib. Daha sonra çıxış edən görüşün təşkilatçısı Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) sədri Umud Mirzəyev qeyd edib ki, Yevgeni Mixaylov 2016-cı ildə Rusiya Federasiyası Jurnalistlər İttifaqının “Ən yaxşı yaradıcılıq işi” müsabiqəsinin qalibi olub, “Professional yaradıcılıq” nominasiyasında qalib olan müəllif  bu mükafata korrupsiya ilə bağlı jurnalist araşdırma yazılarına görə layiq görülüb.
Rusiyanın cənub vilayətlərində krimal erməni lobbisinin fəaliyyətini araşdıran Yevgeni Mixaylov “Analitika yuqa Rossii” Youtube kanalı ilə yayımladığı son “Странные скреппи исторических союзников” qısa videoçarxı haqqında məlumat verib. Auditoriya ilə birlikdə filmi izlədikdən sonra qonaq müəllim və tələbələrin suallarını cavablandırıb.
Tədbirdə iştirak edən professorlar Cahangir Məmmədli, Allahverdi Məmmədli, Həmid Vəliyev, Ermənistan-Azərbaycan Vətəndaş Sülh Platforması Katibliyinin koordinatoru Dilarə Əfəndiyeva, UNESCO-nun assosativ-professoru, tarixçi Rizvan Hüseynov, Hüquq elmləri doktoru, beynəlxalq hüquq üzrə ekspert Kamil Səlimov çıxışlarında qonağa gələcək yaradıcılığında uğurlar arzulayıblar.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009