Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Sabir Məmmədlinin «Beynəlxalq jurnalistika dünya media sistemində» kitabı nəşr olunub

18/04/2013

Beynəlxalq jurnalistika fakültəsinin müəllimi, dosent Sabir Məmmədlinin «Beynəlxalq jurnalistika dünya media sistemində» adlı kitabı nəşr olunub.  Dərs vəsaitində müasir dünya jurnalistikasının əsas xüsusiyyətləri, müxtəlif ölkələrin media fəaliyyətində müşahidə olunan eyniləşmə prosesi hərtərəfli işıqlandırılır. Eyniləşmə prosesi özünü həm KİV qanunvericiliyində, həm də jurnalist təcrübəsində göstərir. Bu prosesin dərinləşməsi, ilk növbədə, beynəlxalq təşkilatların KİV sahəsində fəaliyyəti ilə bağlıdır. Eyni zamanda, inkişaf etmiş ölkələrin media təcrübəsində elə mütərəqqi demokratik meyarlar formalaşmışdır ki, onlar artıq ümumbəşəri xarakter daşıyır və başqa dövlətlər bundan hərtərəfli yararlanırlar. Dərs vəsaitində mövcud elmi araşdırmalardan, tədqiqatlardan, jurnalist təşkilatlarının hesabatlarından, tərcümələrdən istifadə etməklə bu problemlər hərtərəfli təhlil olunur.

Kitabın elmi redaktoru, professor Şamil Vəliyev, rəyçilər - professorlar Həmid Vəliyev, Nəsir Əhmədli, dosent İlham Mazanlı, tarix elmləri üzrə fəlsəfə doktoru Qurban Məmmədovdur.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009