Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Səlçuk Universitetinin professoru Jurnalistika fakültəsində olub

29/01/2019

Yanvarın 29-da Səlçuk Universitetinin Gazetecilik bölümünün dekanı professor Bünyamin Ayhan Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub. Dekan filologiya üzrə elmlər doktoru, dosent Vüqar Əliyev və müəllim heyətilə görüşdə fakültələr arasında əməkdaşlıq, imkanlar, müəllim-tələbə mübadiləsi haqqında ətraflı müzakirələr aparılıb. Qonağa fakültədəki infrastruktur, təhsil-tədris sistemi haqqında ətraflı məlumat verilib. Sonda isə qonaq fakültənin elmi-tədqiqat laboratoriyaları, "Barama Media Center", Füyuzat otağı, tərdris-teleradio studiyası ilə əyani tanış olub. Fikirlərini BDU TV ilə bölüşən professor görüşdən məmnun qaldığını bildirib. Görüşdə sıx əməkdaşlıq üçün bir sıra istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009