Bakı Dövlət Universitetində Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə “Sən istedadsan-II" yarışmasının final mərhələsi keçirilib. Yarışmanın final mərhələsində 25 iştirakçı bədii qiraət, rəqs, aktyorluq, musiqi və rəssamlıq nominasiyaları üzrə öz məharətlərini nümayiş etdirib. Tədbiri giriş sözü ilə açan THİK sədri, dosent Daşqın Qənbərov iştirakçılara uğurlar arzu edib.
Qaliblər münsiflər heyətinin səsverməsi ilə bəlli olub və onlar müxtəlif mükafatlarla təltif ediliblər. Jurnalistika fakültəsinin ingilis bölməsi I kurs tələbələri Hacıyeva Vüsalə və Əliyeva Pəri aktyorluq nominasiyasi üzrə birinci yerə layiq görülüblər. Eyni zamanda münsiflər heyəti və aparıcılara da təşəkkürnamə təqdim olunub.
Jurnalistika fakültəsi olaraq qalib elan olunmuş tələbələrimizi təbrik edirik.
![]() |
![]() |
![]() |
![]() |