Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Son Nəfəsədək” filminin nümayiş mərasimi keçirilib

09/04/2019

Jurnalistika fakültəsinin müəllim və tələbə heyəti Qarabağ hadisələrinə həsr edilmiş “Son Nəfəsədək” filminin Metropark Cinemada nümayiş mərasimində iştirak ediblər. Çəkilişlərinin Füzuli, Ağdam rayonlarında və Bakıda aparıldığı “Son nəfəsədək” filmi bütün Qarabağın işğalına yol açmış hadisələrdən, həmin dövrdə son nəfəsinədək igidlik göstərərək, torpağını qoruyan Yavər İsgəndərov və silahdaşlarının döyüş yolundan bəhs edir. Filmin ssenarisi real hadisələr əsasında qələmə alınıb. Ermənilərin Azərbaycana qarşı təcavüzünün başlandığı 1988-ci ildən Xocalı faciəsinə kimi bir dövrü əhatə edən, Qarabağ həqiqətlərinin gizlin tərəflərini ictimaiyyətin diqqətinə çatdıran “Son nəfəsədək” filmi auditoriya tərəfindən maraqla qarşılanıb.

Qeyd edək ki, filmin ssenari müəllifi və baş prodüseri Nurəddin Aslanov, quruluşçu rejissor Elnur Əliyev, quruluşçu operator Cavid Orucov, bəstəkarı Yaşar Baxış, quruluşçu rəssam Mehriban Əfəndi, icraçı prodüseri Rövşən Quliyev, redaktoru Kamran Qasımov, monajçısı Sərdar Əsədzadədir. Ekran işində İlqar Cahangir, Eldar Bağırbəyov, İlqar Musayev, Vüqar Vəlixanov, Elşən Rüstəmov, Ülviyyə Rza, Elçin Əfəndi, Namis Şirməmmədov, Rövşən Kərimduxt, Taleh Yüzbəyov və başqaları çəkiliblər.  Filmin istehsalı “Frame” Production, Kreativ media və PR koordinasiya işləri isə “AzerNewMedia” tərəfindən həyata keçirilib.

Nümayişdə filmin yaradıcı heyəti də iştirak edib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009