Jurnalistika fakültəsinin tələbələri üçün “Sosial Media Savadlılığı” adlı master-class Google Meet platforması ilə onlayn formatda keçirilib.
Paneli giriş sözü ilə “Jurnalistika” ETL-in müdiri Aytəkin Zeynalova açaraq, qonaqları salamlayıb.
Paneldə Multimedia və elektron kommunikasiya kafedrasının professoru Qulu Məhərrəmli və Beynəlxalq jurnalistika və informasiya siyasəti kafedrasının müdiri, dosent Aynur Nəsirova, 059-061-071-073 qrup tələbələri iştirak edib.
Professor Levent Eraslan Metaverse məktəbinin qurulmasının vacibliyindən bəhs edərək, tələbələri ödənişsiz əsaslarla təlimlərə dəvət edib.
Dosent Aylin Tutgun isə sosial media savadlılığından bəhs edib.
Məlumat üçün bildirək ki, SODİMER- Sosyal Medya ve Dijital Güvenlik Eğitim Araştırma Merkezi 2020-ci ildə professor Levent Eraslan tərəfindən təsis edilib. Mərkəzin təsis məqsədi sosial media və rəqəmsal təhlükəsizlik çərçivəsində dünyada və Türkiyədə rəqəmsal həyatın bütün sahələrində baş verən hadisələri izləmək, araşdırmalara dəstək olmaq, elmi araşdırmalar və nəşrlər vasitəsilə cəmiyyəti məlumatlandırmaqdır.