Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

STM-in İdarə Heyətinin üzvü Tahirə Allahyarova Jurnalistika fakültəsinin qonağı olub

17/05/2023

Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin üzvü  Tahirə Allahyarova Bakı Dövlət Universitetinin  jurnalistika  fakültəsinin qonağı olub. "Azərbaycanda kibercinayət və kibertəhlükəsizlik barometri" mövzusunda təqdimat-mühazirə tələbələrdə maraq oyadıb. Professor bildirib ki, kibercinayət müasir dövrdə informasiya anlayışına bitişik formada yayılır: “Bu gün artıq informasiya kibervirusa bulaşıb, insanların, xalqların və dövlətlərin taleyi baytlarda gizlənən kiber -viruslardakı pozucu fəaliyyətdən asılı duruma düşüb”.
Azərbaycan kiberməkanının sərhədlərini gələcək jurnalistlərə izah edən qonaq informasiya əsgəri olacaq gənclər üçün açıqlayan STM rəsmisi proaktiv təhsilin önəmini xüsusi vurğulayıb.  
İnteraktiv keçən görüş tələbələrdə bu sahəyə maraq oyadıb.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009