Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Strateji Araşdırmalar Mərkəzinin (SAM) eksperti Araz Qurbanov Jurnalistika fakültəsində olub

19/10/2017

Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) Daxili siyasətin təhlili şöbəsinin aparıcı elmi işçisi Araz Qurbanovun BDU-nun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü təşkil edilib. Tədbiri giriş sözü ilə açan dekan dosent Vüqar Əliyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, A.Qurbanovun yeni nəşr edilmiş “Müsəlman ermənilər” Regionda geosiyasi oyunların yeni iştirakçıları” adlı kitabı barədə qısa məlumat verib.

Daha sonra Araz Qurbanov tələbələrlə fikirlərini bölüşüb, günümüzdə media dünyası, tarix və müasirlik prizmasından jurnalistlərin mövqeyini, vəzifələrini dəyərləndirib və tələbələrin suallarını cavablandırıb.

Tədbirdə iştirak edən professor Cahangir Məmmədli, professor Allahverdi Məmmədli, baş müəllim Əli Hacıyev mövzu ilə bağlı münasibətlərini ifadə ediblər.

Tədbirin sonunda Araz Qurbanov müəllifi olduğu  “Müsəlman ermənilər” Regionda geosiyasi oyunların yeni iştirakçıları” kitabını tələbələrə hədiyyə edib. Qeyd edək ki, kitab Ermənistan Respublikasının Azərbaycana, Türkiyəyə və Gürcüstana qarşı ərazi iddialarında, qondarma “erməni soyqırımı” tələblərində, fövqəlgüclərin regionda geosiyasi maraqlarının ödənilməsində yeni iştirakçılardan - müsəlman ermənilərdən bəhs edir.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009