Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Synergy Partnership” şirkətinin əməkdaşı Elnarə Eyyubova tələbələrə mühazirə keçib

22/04/2022

“Synergy Partnership” şirkətinin əməkdaşı, PR menecer Elnarə Eyyubova Bakı Dövlət Universitetinin (BDU)  Jurnalistika fakültəsində olub.

E. Eyyubova fakültənin 2-ci kurs tələbələrinə “Sosial mediada şəxsi brendinq” mövzusunda mühazirə keçib.

Qonaq  tələbələrə sosial media və PR haqqında geniş məlumatlar verib, öz təcrübəsini bölüşüb.
PR haqqında məlumatlar verən  Elnarə Eyyubova bu sahədə inkişafa aparan incəliklərdən də danışıb.

Fənn müəllimi Aydan Bünyatova dəvəti qəbul edib gəldiyinə görə qonağa təşəkkürünü bildirib.



Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009