Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Tanınmış teleaparıcı Jurnalistika fakültəsinin qonağı olub

03/05/2017

Bu gün Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Rafiq Həşimov Jurnalistika fakültəsinin qonağı olub.

O, "Radio və televiziya texnikası və verlişlərin istehsalı" dərsində tələbələrlə öz iş təcrübəsini bölüşüb, teleaparıcının iş xüsusiyyətlərindən, özəlliklərindən danışıb. Rafiq Həşimov həmçinin tələbələri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyələrini bildirib.

Sonda görüşün təşəbbüskarı, Jurnalistika fakültəsinin baş müəllimi Əli Hacıyev tədbirin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, öz təcrbəsini bölüşdüyü üçün Rafiq Həşimova minnətdarlığını bildirib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009