Azərbaycan Respublikasının Əməkdar artisti, tanınmış teleaparıcı Rafiq Həşimov Jurnalistika fakültəsinin qonağı olub. Tanınmış teleaparıcı tələbələrlə öz təcrübəsini bölüşüb, teleaparıcının iş xüsusiyyətlərindən, özəlliklərindən danışıb. O, həmçinin tələbələri maraqlandıran sualları cavablandırıb, onlara öz tövsiyyələrini bildirib.
Sonda görüşün təşəbbüskarı, Jurnalistika fakültəsinin baş müəllimi Əli Hacıyev tədbirin tələbələr üçün mühüm əhəmiyyət kəsb etdiyini qeyd edib, öz təcrbəsini bölüşdüyü üçün Rafiq Həşimova minnətdarlığını bildirib.