Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Tanınmış teleaparıcı Rafiq Həşimov Jurnalistika fakültəsinin tələbələri ilə görüşüb

18/04/2018

Aprelin 18-də “Radio və televiziya texnikası və verilişlərin hazırlanması” dərsinin qonağı Azərbaycan Respublikasının Əməkdar artisti, Azərbaycan Televiziyasının aparıcısı, kinorejissor Rafiq Həşimov olub. Tədbiri giriş sözü ilə açan fənn müəllimi Əli Hacıyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilməsinin məqsədləri barədə məlumat verib.

Daha sonra Rafiq Həşimov tələbələrlə öz təcrübəsini bölüşüb, teleaparıcının iş özəlliklərindən danışıb, jurnalistin nitq mədəniyyəti, günümüzdə media dünyası, informasiya siyasəti, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib və tələbələrin çoxsaylı suallarını cavablandırıb.

Sonda Rafiq Həşimov tələbələrə masterklass keçib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009