BDU-nun Jurnalistika fakültəsində “Radio və televiziya texnikası və verilişlərin hazırlanması” dərsinin qonağı “Azad Azərbaycan” Müstəqil Teleradio Şirkətinin Xəbərlər və informasiya departamentinin direktoru, tanınmış teleaparıcı Vaqif Aydınoğlu olub. Tədbiri giriş sözü ilə açan fənn müəllimi Əli Hacıyev qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, görüşün keçirilməsinin məqsədləri barədə məlumat verib.
Daha sonra Vaqif Aydınoğlu tələbələrlə öz təcrübəsini bölüşüb, teleaparıcının iş özəlliklərindən danışıb, xəbər buraxılışının hazırlanması, redaktə prosesi, müasir jurnalistikanın yeni yaradıcılıq keyfiyyətləri kimi məslələrdən bəhs edib. Dekan Vüqar Zifəroğlu, fənn müəllimi Əli Hacıyev və Ramin Rzayev qonağı fakültədə fəaliyyət göstərən BDU-nun tədris-televiziya studiyasının fəaliyyəti ilə tanış ediblər.
Sonda Vaqif Aydınoğlu tələbələri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.