Tanınmış yazar, Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin, Rusiya Yazıçılar İttifaqının, Türkiyə İLESAM üzvü olan Sadıq Qarayev Bakı Dövlət Universiteti Jurnalistika fakültəsinin professor-müəllim heyəti və tələbələri ilə görüşüb. Tədbiri giriş sözü ilə açan Jurnalistikanın Nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli qonağı fakültədə görməkdən məmnunluğunu ifadə edib, S.Qarayevin “Sahilsiz təzadlar” və “Sahibsiz Kölgələr” adlı kitabları barədə qısa məlumat verib.
Daha sonra Televiziya və radio jurnalistikası kafedrasının müdiri, professor Allahverdi Məmmədli çıxışında kitabların əhəmiyyətindən danışıb, müəllifə gələcək yaradıcılığında uğurlar arzulayıb. Yaradıcı insanların, müəllimlərin və tələbələrin çıxışları qonaqlarda səmimi münasibət və xoş təəssürat yaradıb.
Görüşün sonunda Sadıq Qarayev tələbələrə kitablarını hədiyyə edib, onlarla fikir mübadiləsi aparıb.
![]() |
|
![]() |
|
![]() |