Bu gün jurnalistika fakültəsinin dekanı, professor Yalçın Mustafa oğlu Əlizadənin ad günüdür. Yalçın müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Yalçın Əlizadə 1999-cu ildən jurnalistika fakültəsinin dekanıdır. Azərbaycan respublikasının əməkdar jurnalisti , «Qızıl qələm» mükafatı laureatıdır .2000-ci ildə «Tərəqqi» medalına layiq görülüb .
Televiziya və radiojurnalistikanın aktual problemlərinə dair 70-dən çox elmi məqalənin, 2 dərsliyin (“Radiojurnalistikanın əsasları”, “Azərbaycan efiri: tarix və müasirlik”), 3 sənədli publisist kitabın müəllifidir.