Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

TƏBRİK EDİRİK

05/01/2012

Bu gün Bakı Dövlət Universitetinin rektoru, akademik, millət vəkili Abel Məhərrəmovun ad günüdür. Jurnalistika fakültəsinin əməkdaşları adından Abel müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı, çoxcəhətli fəaliyyətində uğurlar arzulayırıq.                                               

Qeyd edək ki, Abel Məm­mə­dəli oğ­lu Mə­hər­rə­mov 1950-ci il yan­va­rın 5-də Ağ­dam ra­yo­nun­da müəl­lim ai­lə­sin­də ana­dan ol­muş­dur.

Bakı Dövlət Universitetın rektoru (1999). AMEA-nın həqiqi üzvü kimya elmlər bölməsi, neft kimyası ixtisası üzrə (2007). Kimya elmlər bölməsinin büro üzvüdür (2007).

1966-cı il­də or­ta mək­tə­bi me­dal­la bi­tir­miş və Bakı Döv­lət Uni­­ver­­si­­te­ti­nin kim­ya fa­kül­­tə­­si­­nə da­xil ol­muş­dur. 1971-ci il­də Uni­ver­si­teti fərq­lən­mə dip­lomu ilə başa vur­duq­dan son­ra tə­yi­nat­la Ümu­mit­ti­faq Elmi-Təd­qi­qat Ole­fin­lər İns­ti­tu­tuna gön­də­ril­miş­dir.

1973-cü il­də «Üz­vi kim­ya» ix­ti­sası üz­rə M.V.Lo­mo­no­sov adına Mosk­va Döv­lət Uni­ver­si­te­ti­nin (MDU) as­pi­ran­tu­ra­sına qə­bul olun­muş və 1976-cı il­də aka­de­mik N.S.Ze­fi­ro­vun rəh­bər­liyi ilə «İki­qat ra­bi­tə­lərə bir­ləş­mə reak­si­ya­la­rın­da sul­fe­nilx­lo­rid­lə­rin elekt­ro­fil­li­yi­nin ar­tı­rıl­ma­sı­nın yeni me­todu» möv­zu­sun­da na­mi­zəd­lik dis­ser­ta­si­ya­sını mü­dafiə et­miş­dir.

1976-cı il­dən BDU-da bö­yük el­mi işçi, təd­ris his­sə­si­nin mü­diri və «Üz­vi kim­ya» ka­fed­ra­sın­da baş müəl­lim, do­sent və­zi­fə­lə­rin­də ça­lış­mış­dır.

1984-cü  il­dən  1993-cü  ilə­dək kim­ya fa­kül­tə­sin­də de­kan müa­vini və­zi­fə­sin­də çalışmışdır.

1991-ci il­də «Al­ken­lə­rin, üçüzv­lü kar­bo- və he­te­rot­sik­lik bir­ləş­mə­lə­rin elekt­ro­fil reak­si­ya­ları əsa­sın­da yeni sin­te­tik ya­naş­ma­lar» möv­zu­sun­da dok­tor­luq dis­ser­ta­si­ya­sını mü­dafiə et­miş və hə­min il­dən ona «Üz­vi kim­ya» ix­ti­sası üz­rə pro­fes­sor adı ve­ril­miş­dir.

1993-cü  il­dən 1999-cu  ilə­dək Kim­ya fa­kül­tə­si­nin de­kanı və­zi­fə­sin­də iş­lə­miş­dir.

1999-ci il­də Bakı Döv­lət Uni­ver­­si­­te­­ti­nin rek­toru və­zi­fə­sinə tə­yin olun­muş­dur о və həmin ildə “Yusif Məmmədəliyev adına medal” la təltif edilmişdir.

Aka­de­mik A.M.Mə­hər­rə­mo­vun el­mi təd­qi­qat­la­rı­nın əhatə dai­rəsi çox­­şax­­əli olub, kim­ya­nın müx­tə­lif ma­raq­lı və mü­rək­kəb sa­hə­lə­rini əhatə edir.

İlk dəfə ola­raq 12 üzv­­lü tsikl­lə­rin kon­­­­for­ma­si­yon ana­lizi araş­dı­rıl­mış­dır. Bu mə­q­­səd­lə, əv­vəl­cə o, nə­zəri ola­raq Kre­mer-Pop­la pa­ra­­metr­lə­rinə əsa­­sən kvant me­xa­niki he­sab­la­ma­lar apar­mış, son­ra isə 12 üzv­lü tsikl­lə­rin doy­muş və doy­ma­mış tö­rə­mə­lə­rini sin­tez edə­­rək, rent­­gen-struk­tur ana­lizi va­si­tə­silə on­la­rın mo­le­kul­yar və kris­tal­lik qu­ru­luş­la­rını öy­rən­miş­dir.

Aka­de­mik A.M.Mə­hər­rə­mov neft kim­yası sa­hə­sin­də mü­­hüm təd­qi­qat iş­ləri apa­rır. Onun rəh­bər­liyi al­­tın­­da al­ke­­nil­­fe­­nol­­la­rın yeni funk­sio­na­lə­vəz­li tö­rə­­mə­­lə­ri­nin sin­tezi is­­ti­­qa­­mə­tin­də sis­te­ma­tik təd­qi­qat iş­ləri hə­yata ke­çi­ri­lir.

1998-ci il­dən Təh­sil Na­­zir­­li­­yi­nin Va­hid Elmi-Me­to­dik Şu­ra­sı­nın üz­vü­dür.

2000-ci il­dən «Üz­vi kim­ya» ix­ti­sası üz­rə BDU-nun nəz­din­də ya­ra­­dıl­­mış dok­tor­luq və na­mi­zəd­lik Dis­ser­ta­siya Şu­ra­­sı­­nın səd­ri­dir.

2000-ci il­də ona «Əmək­­dar elm xa­­dimi» fəx­ri adı ve­ril­­miş­dir.

Elm və tex­no­lo­giya sa­hə­sin­də sə­mə­rəli fəa­­liy­­yə­­ti­­nə görə 10 iyun 2000-ci il­də Teh­ran­da ke­çi­ri­lən İq­­ti­­sa­­dı Əmək­­daş­lıq Təş­ki­la­­tı­nın Qı­zıl me­­da­­lına la­yiq gö­rül­müş­dür.

2001-ci il­də AMEA-nın müx­bir üz­vü se­çil­miş­dir.

2002-2004-cü il­lər­də Qara Də­niz Höv­zəsi Öl­kə­­ləri Uni­­ver­­si­­tet­­lə­­ri As­so­­sia­­si­­ya­sı­nın pre­zi­­den­­ti ol­muş, 2004-cü il­dən isə vit­se-pre­zi­­den­ti­dir.

A.M.Mə­hər­rə­mov elm və təh­sil sa­hə­sin­də gös­tər­diyi tə­şəb­büs­­kar­lığa, mil­li təh­­si­­lin in­­­ki­­şafı və bey­nəl­xalq təh­sil mə­ka­nın­da in­teq­ra­siya pro­­ses­lə­rinə ver­diyi töh­­fə­­lə­­rə gö­­rə 2004-cü il­də Ru­mı­ni­ya­nın «KO­MAN­DOR» də­rə­cəli ali Qı­zıl Ul­duz Or­de­ninə la­yiq gö­rül­müş­dür.

2004-cü ildə Türkiyə Respublikası Kırıkkale Universitetinin “Fəxri doktoru” adı verilmişdir.

2005-2010-cu illərdə Azərb­aycan Respublikası­nın Mil­li Məc­­lisinin üçüncü çağırışının millət vəki­li  və Azərbaycan-Yaponiya Parlamentlərarası əlaqələr üzrə iş qrupunun rəhbəri olmuşdur.

2007-ci il­də Azər­bay­can Mil­li Elm­lər Aka­de­mi­ya­sı­nın hə­qiqi üz­vü se­çil­miş­dir və həmin ildə “Qızıl Buta” mükafatına layiq görülmüşdür.

14 iyun 2008-ci il­də Ru­mı­niya Res­pub­li­ka­sı­nın Ovidius Uni­ver­si­te­ti­nin «Fəx­ri dok­toru» adı ve­ril­miş­dir.

2008-ci ildə Gürcüstan Kimya Cəmiyyətinin fəxri üzvü seçilmişdir.

2009-ci ildən Azərbaycan Milli Ensiklopediyasının redaksiya heyətinin üz­vü­dür.

2009-ci il­də Ru­si­ya­nın həm­kar­lar it­ti­fa­qı­nın 100 il­li­yinə həsr olun­muş yu­bi­ley me­dalı ilə təl­tif olun­muş­dur.

Azər­bay­can­da təh­si­lin və el­min in­ki­şa­fın­dakı xid­mət­lə­rinə görə 30 okt­yabr 2009-ci il­də «Şöh­rət» or­deni ilə təl­tif edi­lmişdir.

2010-ci ildən Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat sahəsində Dövlət Mükafatları Komissiyasının üzvüdür.

2010-ci ildə  “Avrasiya əməkdaşlığı üçün göstərdiyi  xidmətlərə görə” Avrasiya univer­si­tetlər assosiasiyasının medalı ilə təltif edilmişdir və həmin ildə Azərbaycan həmkarlar itti­fa­qında xid­mət­lə­ri­nə görə medalı ilə təltif olunmuşdur.

5 may 2010-ci ildə Kazaxstan Respublikasının L.N.Qumilyov adına Avrasiya Milli Uni­ver­si­te­ti­nin “Fəxri doktoru” adı ve­ril­miş­dir.

17 may 2010-ci ildə Krım Mühəndis Pedaqoji Universitetinin “Fəxri professoru” adı ve­ril­miş­dir.

2010-cu ildə Azərb­aycan Respublikası­nın Mil­li Məc­­lisinin dördüncü çağırışının millət vəki­li seçilmişdir.

Azər­­bay­­can­da və xa­ricdə nəşr olun­muş 1000-ə yaxın el­mi əsərin müəl­li­fi­dir.

Rəh­bər­liyi al­tın­da 32 kim­ya el­­mləri dok­toru və na­­mi­zədi ha­zır­lan­mış­dır.

ABŞ, Ru­siya, Ru­mı­niya, Uk­ray­na, Tür­kiyə və s. öl­­kə­­lə­­rin apa­­rıcı el­mi mər­kəz­lə­rin­də ça­lı­şan alim­lər­lə sıx el­mi əla­qə­lər sax­la­yır. O, həm­­çi­nin BDU-da təh­si­lin key­fiy­yə­ti­nin yük­səl­dil­mə­sinə bö­yük diq­qət ye­ti­rir və el­min in­ki­şa­fına ça­lı­şır.

BDU-nun El­mi Şu­­ra­­sı­­nın səd­ri, BDU-nun «El­mi Xə­bər­lər» jur­na­lı­nın baş re­dak­toru, Təh­sil Na­zir­liyi kol­le­gi­ya­sı­nın, bir çox nü­­fuz­lu el­mi qu­rum­la­rın üz­vü və dün­ya­nın bir neçə apa­rıcı uni­ver­si­te­ti­nin fəx­ri dok­to­ru­dur.

Ailəlidir, iki övladı və dörd nəvəsi var.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009