Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin (TEC) təşkilatçılığı ilə elmi seminar keçirilib. Seminarın bugünkü qonağı İctimai Televiziyanın (İTV) aparıcısı Nigar Sabirqızı olub.
Əvvəlcə TEC-in elmi rəhbəri Vəfa İsgəndərova çıxış edərək qonaq və seminarın mövzusu ilə bağlı müəllim və tələbələri məlumatlandırıb.
Daha sonra TEC sədri Ruhiyə Balakişiyeva tələbə elmi cəmiyyətinin fəaliyyətindəki yenilikləri diqqətə çatdırıb və sözü Nigar Sabirqızına verib.
Qonaq “Jurnalistikada yeni formatlar” mövzusunda çıxış edib. O, jurnalistikanın praktik tərəfləri ilə bağlı tələbələri maraqlandıran məsələlərə toxunub, bu sahənin mənfi və müsbət cəhətlərini də diqqətə çatdırıb. Teleaparıcının iş özəlliklərindən bəhs edən N.Sabirqızı bu sənətin məsuliyyətli, eyni zamanda peşəkarlıq tələb edən cəhətlərini də vurğulayıb.
Daha sonra qonaq fakültənin nəznində fəaliyyət göstərən Tədris tele-radio studiyası ilə yaxından tanış olub.
Elmi seminar maraqlı diskussiya ilə yekunlaşıb.