Jurnalistika fakültəsində Televiziya və radio jurnalistikası kafedrasının təşəbbüsü ilə “Jurnalistin nitq mədəniyyəti” dərsinin qonağı tanınmış teleaparıcı, İctimai Televiziya və Radio Yayımları Şirkətinin əməkdaşı Saleh Bağırov olub. Tələbələrin dünyagörüşünün, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsi, elmi axtarışlara sövq edilməsi yönündə seminar və görüşlərün əhəmiyyətini qeyd edən fənn müəllimi, filologiya üzrə fəlsəfə doktoru Billurə Aslanova qonağı salamlayaraq, fakültədə görməkdən məmnunluğunu bildirib və görüşün məqsədi barədə məlumat verib.
Saleh Bağırov çıxışı zamanı qeyd edib ki, istənilən peşədə düzgün və səlis nitqin olması vacibdir. Lakin jurnalist üçün bu, ən zəruri faktorlardan biridir. Nitq mədəniyyətinin və fərdi özünüifadə bacarıqlarının inkişaf etdirilməsi üçün önəmli məqamlara toxunan S.Bağırov bu sahədə mövcud problemlərdən də söz açıb. O, nitqin formalaşmasında mütaliənin rolunun xüsusilə böyük olduğunu vurğulayıb.
Qonaq TV aparıcısının nitqi, efirdə sərbəst, səmimi və peşəkar danışıq üslübları haqda öz fikirlərini və təcrübəsini tələbələrlə bölüşüb. O, ilk fəaliiyyətə başladığı dövrdə qarşılaşdığı çətinliklər və onlara necə qalib gəlməsindən də söz açıb.
Görüşün sonunda İctimai Televiziyanın peşəkar aparıcısı S.Bağırov tələbələrin suallarını cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
![]() |
![]() |
![]() |
![]() |