Jurnalistika fakültəsində “Televizia jurnalistikasının əsasları” fənnindən açıq dərs keçirilib. Fakültənin professor-müəllim heyəti və tələbələrinin iştirak etdiyi tədbirdə fənn müəllimi Leyla Rəşidin rəhbərliyi ilə fakültənin ikinci kurs, azərbaycan bölməsinin tələbələri fərdi işlərini “Faktual Xəbər” proqramı formatında təqdim ediblər. Tələbələrin nəzəri bilik və praktik bacarıqlarına əsaslanan xəbər blokunda xəbər süjetləri, reportajlar və problem mövzuları əks etdirən analitik süjetlər təqdim edilib.
Tələbələrin araşdırma qabiliyyətləri isə açıq dərsdə iştirak edən Televiziya və radio kafedrasının müdiri filologiya elmləri doktoru Allahverdi Məmmədli, Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu, fakültə Metodiki Şurasının sədri, professor Cahangir Məmmədli və AzərTAC-ın Elm və təhsil şöbəsinin müdiri Kifayət Əliyeva dərsin təşkili, tələbələrin yaradıcılıq qabiliyyətləri, problem mövzuların qoyuluşu, nəzəri biliklərin praktikaya tətbiqini yüksək qiymətləndiriblər. Tələbələrin təqdimatı açıq dərsdə iştirak edən digər müəllimlər tərəfindən də maraqla qarşılanıb.
![]() |
![]() |
![]() |
![]() |