Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Tələbə Elmi Cəmiyyətinin akademik yazı ilə bağlı növbəti təlimi baş tutub

24/04/2018

Aprelin 24-də Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin akademik yazı ilə bağlı növbəti təlimi keçirilib. Tədbiri giriş sözü ilə açan fakültə dekanı, dosent Vüqar Zifəroğlu iştirakçıları salamlayıb və Tələbə Elmi Cəmiyyətinin gələcək planlarından söhbət açıb. Daha sonra fakültə TEC-in rəhbəri, dosent Vəfa İsgəndərova təlimin əsas məqsədi barəsində ətraflı məlumat verib.

Bu dəfəki təlimdə düzgün yazının ilkin mərhələsindən danışılıb. Təlimçi Beynəlxalq jurnalistika kafedrasının dosenti Təranə Mahmudova yazıya başlamazdan əvvəlki mərhələ, yəni bir-biri ilə əlaqəli olan ideyaların axtarılması, toplanması və bir araya gətirilməsi kimi məsələlərə aydınlıq gətirib. Tələbələr qruplara ayrılaraq müxtəlif mövzulara aid ideyaları müzakirə ediblər.

Aktiv diskussiya şəklində davam edən təlim iştirakçıların çoxsaylı suallarının cavablandırılması ilə başa çatıb.

Qeyd edək ki, Jurnalistika fakültəsi Tələbə Elmi Cəmiyyətinin təşəbbüsü ilə təşkil olunan “Akademik yazı qaydaları” təlimləri tələbələr arasında düzgün yazı bacarıqlarını formalaşdırmaq üçün nəzərdə tutulub. Təlimlərin 5 dərsdən ibarət olması və həftədə bir dəfə keçiriliməsi planlaşdırılıb.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009