Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi də bu müsabiqədə iştirak edib. Müsabiqədə universiteti Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı təmsil edib. Sözü gedən müsabiqə bir neçə turdan ibarət olub, altı aydan artıq müddət ərzində davam edib. Uzun sürən seçimlərdən sonra Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi, Kitabxanaçılıq-informasiya fakültəsinin Tələbə Həmkarlar Təşkilatı, Respublika Tələbə Həmkarlar Təşkilatları arasında birinci yerə layiq görülüb.
Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, millət vəkili Səttar Mehbalıyev kütləvi-informasiya vasitələrinin iştirakı ilə keçirilən təqdimat mərasimində Bakı Dövlət Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Daşqın Qənbərovu və Kitabxanaçılıq-informasiya fakültəsi Tələbə Həmkarlar Təşkilatının sədri Sahil Hacıyevi təbrik edərək, xüsusi diplomla təltif edib.