Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Tələbə jurnalistlər “Tələbə xəbər” layihəsini təqdim ediblər

30/05/2019

BDU-nun Jurnalistika fakültəsində “Televiziya jurnalistikası” fənnindən ikinci qrup tələbələrinin “Tələbə xəbər” layihəsinin təqdimatı olub. Əvvəlcə fənn müəllimi və layihənin rəhbəri Leyla Rəşid  tədbir iştirakçılarını salamlayaraq tələbələrin praktik işləri haqqında məlumat verib. Bildirib ki, tələbələr smestr müddətində əldə etdikləri nəzəri bilik və bacarıqlarını analitik, xəbər, araşdırma süjetlər şəkilində təqdim ediblər.

Daha sonra tələbələrin xəbər, araşdırma, analitik süjetləri, reportajları və kəpşn formatında portret müsahibələri  təqdim edilib.

Təqdimatda iştirak edən Televiziya və radio jurnalistikası kafedrasının müdiri Allahverdi Məmmədli, professor Qulu Məhərrəmli, dosentlər Sevil Həsənova, Zaur Babayev, Azərbaycan Televiziyasının müəllif proqramları və xüsusi layihələr departamentinin müdiri Bəxtiyar Qaraca, Asan Radionun direktoru, tanınmış teleaparıcı Emin Musəvi, Əməkdar jurnalist Qərənfil Xəlilova, jurnalist yazar Natəvan Dəmirçioğlu və fakültənin əməkdaşları tələbələrin praktik işlərini qiymətləndiriblər, təqdimat barəsində fikirlərini bölüşüb, tələbə jurnalistlərə müvəffəqiyyət arzu ediblər.

Sonda xatirə şəkilləri çəkilib.

“Tələbə xəbər"..

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009