“Tələbədən tələbəyə”-2 layihəsinin 7 mart 2015-ci il tarixində baş tutan üçüncü təlimində jurnalistika fakültəsinin tələbəsi Məhəmməd Novruzlu iştirakçılara fotojurnalistika təlimi keçib.
İştirakçılar təlimdə fotoqrafiyanın texniki və yaradıcı tərəflərini, kameradan istifadə qaydalarını, düzgün çəkiliş planlarının qurulmasını öyrəniblər.
Təlimin birinci hissəsində fotoqrafiyanın nəzəri hissəsi tədris olunub. İkinci hissədə iştirakçılar təlimçi ilə birlikdə praktik tapşırıqları işləyiblər.
Növbəti təlim “Street art” fotoqrafiyadan və bütövlükdə praktiki işdən ibarət olacaq.
“Tələbədən tələbəyə” layihəsi BDU Jurnalistika fakültəsinin tələbələrinin təşəbbüsü ilə yaradılıb. Üç aylıq təlim müddəti ərzində iş praktikası olan yuxarı kurslar öz təcrübələrini iştirakçılarla bölüşür. Təlimlərdə nəzəri hissədən çox praktiki hissəyə üstünlük verilir.