Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində 2014-cü ildən fəaliyyətə başlamış “Tələbədən tələbəyə” layihəsinin növbəti pilləsi "Tələbədən tələbəyə-5"ə start verilir. Bu ilin mart-aprel aylarını əhatə edəcək layihədə aşağıdakı təlimlər keçiriləcək:
1. Media tənqidi
2. Xəbərçilik
3. Redaktə
4. Video
5. Montaj
6. Radio jurnalistikası
7. Televiziya jurnalistikası
8. Fotojurnalistika
9. SMM ( Sosial Media Meneceri)
Seçilən iştirakçılar müstəqil xəbər yazmağı, materialları redaktə etməyi, foto və video çəkməyi, montaj, hazırladıqları məhsulları sosial şəbəkələrdə yerləşdirməyi və tanıtmağı öyrənəcəklər. Layihəni uğurla bitirən şəxslərə sertifikat veriləcək.
Təlimlərdə iştirak etmək istəyənlər CV-lərini https://docs.google.com/…/1FAIpQLScNKV9Lp2gRtXkz96…/viewform bu linkdə doldura bilərlər. CV göndərənlər arasından seçilənlər müsahibədə iştirak etmək üçün dəvət olunacaqlar.
Təlimlərimiz hər həftənin şənbə günü 10:00-dan 13:00-a qədər davam edəcək. Təlimdə yalnız Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin tələbələri iştirak edə bilərlər.
Son qeydiyyat tarixi: 28.02.2018
Ünvan: Zahid Xəlilov 23, BDU, 2 saylı tədris binası, II mərtəbə, 221-ci otaq.