Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Tələbədən Tələbəyə-7” layihəsinə yekun vurulub

29/05/2019

Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində həyata keçirilən “Tələbədən Tələbəyə” layihəsinin BDU-nun 100 illiyinə həsr olunmuş 7-ci mövsümünün uğurla başa çatması münasibətilə tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan dekan, filologiya üzrə elmlər doktoru Vüqar Zifəroğlu qonaqları salamlayaraq layihə haqda qısa məlumat verib, bu kimi layihələrin tələbələr üçün faydalarından danışıb. Həmçinin, Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Radio və televiziya kafedrasının müdiri, professor Allahverdi Məmmədli layihə barəsində fikirlərini bölüşüb, tələbə jurnalistlərə müvəffəqiyyət arzu ediblər.

Daha sonra iştirakçıların hazırladıqları yekun materiallar nümayiş olunub.

Tədbirin qonaqları tanınmış jurnalistlər Günay Yelmarqızı, Billurə Aslan və Elman Bakuvi, Elmin Bayramlı və Asif Mehman tələbələrin işlərini yüksək qiymətləndiriblər.

Təlimləri uğurla başa vurmuş iştirakçılara sertifikatlar verilib.

Sonda çıxış edən layihənin rəhbəri, fakültənin dekan müavini Könül Niftəliyeva qonaqlara bildirib ki, artıq 7 mövsümdür davam edən təlimlərdə iştirakçılar onlayn xəbərçilik, redaktə, video, montaj, SMM (Sosial Media Meneceri), radio, televiziya, foto jurnalistikası haqda biliklərə yiyələnirlər. Layihəni digərlərindən fərqləndirən əsas cəhət isə təlimçilərin peşəkar jurnalistlərdən deyil, məhz təcrübəli tələbələrdən ibarət olmasıdır.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009