Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Tələbədən Tələbəyə"nin "Redaktə" təlimi olub

14/04/2018

"Tələbədən Tələbəyə" layihəsinin 2018-ci ilin mart ayından start götürmüş 5-ci buraxılışının "Redaktə" adlı 3-cü təlimi baş tutub. Təlimçi Nurlan Ağa iştirakçılarla jurnalistikanın müxtəlif sahələri üzrə redaktə məsələləri ilə bağlı bilgilərini bölüşüb.
Təlim zamanı tələbələr mətnlərin düzəlişində diqqət edilməsi gərəkən nüanslar, "olmazlar", adların, terminlərin işlənməsi, müəllif və redaktor düzəlişinin əhəmiyyəti, janrlar üzrə redaktənin fərqli özəllikləri, həmçinin standartlar və yeni yanaşmalar haqqında məlumat alıblar.
Təlimin praktik hissəsində isə "Tələbədən Tələbəyə - 5" nümayəndələri müxtəlif janrlar üzrə seçilmiş, redaktə olunmuş yazıların müzakirəsində və onlara təqdim olunmuş materialların düzəlişində iştirak ediblər.

 

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009