Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Təqaüdlərin artırılması doktorant və tələbələri ruhlandırır

18/02/2019

Ölkəmizdə elmə, təhsilə xüsusi diqqət göstərilir. Prezident İlham Əliyevin doktorantların və tələbələrin təqaüdlərinin artırılması barədə sərəncamları böyük sevinc hissi doğurur.

Bu sözləri Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin elmi işlər üzrə dekan müavini, dosent Sevinc Əliyeva AZƏRTAC-a müsahibəsində deyib. Qeyd edib ki, elmə, təhsilə göstərilən qayğının əyani təzahürü olan bu sərəncamlar doktorant və tələbələri yüksək nailiyyətlər qazanmağa həvəsləndirəcək.

Prezident İlham Əliyevin apardığı siyasətin uğurlu nəticələrindən danışan dekan müavini Azərbaycanda bütün sahələrin, o cümlədən elmin, təhsilin inkişaf etdiyini vurğulayıb.

Təqaüdlərin artırılması doktorant və tələbələri ruhlandırır.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009