Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

"Trimedia" kurslarına sənəd qəbulu başladı

11/05/2012

Bakı Jurnalistika Məktəbi (BJM) 3 aylıq “Trimedia kursları”na öyrənçi qəbuluna başlayır. Kursa qatılanlar TV, radio və çap mediası üçün xəbər və xəbərdəntörəmə materiallar hazırlamağı öyrənəcəklər. Təlimlər kamera və videomontaj dərslərini, səsyazma texnikasından yararlanmağı və səs montajını, ictimai olaylardan fotoreportajlar çəkilməsini əhatə edəcək. Trimedia vərdişlərinə yiyələnmək kursu bitirənlərə ənənəvi media sahələri ilə yanaşı, İnternet mediasında da çalışmaq imkanı verəcək.

Qəbul müsabiqə yolu ilə aparılacaq. Kurslara qatılmaq arzusunda olanlar mayın 20-dək şəxsiyyət vəsiqələrinin surətini, qısa bioqrafiyalarını (CV-lərini) və niyə jurnalist olmaq istədikləri barədə maksimum 1 kompyuter səhifəsi həcmində yazılı düşüncələrini BJM-ə təqdim edə və ya aşağıdakı e-maila göndərə bilərlər.

Dərslər intensiv olaraq həftədə 5 gün, saat 10.00-dan 14.00-dək keçirilir.

Məşğələlər iyunun 1-də başlanacaq. Daha dolğun bilgilər üçün bu telefon və elektron poçta üz tuta bilərsiniz:

Ünvan: Bakı. Yasamal rayonu, S.Dadaşov küçəsi 86 (Azərbaycan Universitetinin yanı)

Əlaqə telefonları: (+994) 4971374;             (+994) 0557383642

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009