Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

Türk dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir Jurnalistika fakültəsində olub

21/05/2018

Türk dünyası Qəzetçilər Federasiyasının sədri Menderes Dəmir Jurnalistika fakültəsinin qonağı olub. Jurnalistika fakültəsinin dekanı, dosent Vüqar Zifəroğlu ilə görüşdə Bakıya səfərinin məqsədləri barədə məlumat verdikdən sonra qonaq bu ilin dekabr ayında keçirilməsi nəzərdə tutulan “Türk dünyası beynəlxalq media simpoziumu” adlı konfransın fəaliyyət istiqamətləri, panelləri, mövzu dairəsi kimi məsələlərə aydınlıq gətirilib.

Görüşdə eyni zamanda “7-dən 70-ə Türk kültürü bəlgəsəl film projesi” müzakirə edilib. Türk dünyası Qəzetçilər Federasiyasının başqanı Menderes Dəmir qeyd edib ki, layihənin keçirilməsində başlıca məqsəd dünyanın müxtəlif regionlarında yaşayan türklərin zəngin mədəniyyətə sahib olan dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir. Festivalın təşkili ilə həm də qardaş türk xalqlarının biri-birilərini daha yaxından tanımaları hədəflənir.

Menderes Dəmir fakültədə fəaliyyət göstərən BDU-nun tədris-televiziya studiyasının fəaliyyəti ilə tanış olub, tələbə çəkilişlərini izləyib, BDU TV-nin “Xəbərlər” proqramına müsahibə verib.

Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009