Home
AZ | EN | RU




JURNALİSTİKA
FAKÜLTƏSİ

“Türkiyə ilə sosial-siyasi əlaqələrin inkişafında mətbuatın rolu” mövzusunda elmi seminar keçirilib

28/02/2023

Yeni media və kommunkasiya nəzəriyyəsi kafedrasının müəllimi Anzulə Cəfərovanın  “Türkiyə ilə sosial-siyasi əlaqələrin inkişafında mətbuatın rolu” mövzusunda  elmi seminarı keçirilib.
Giriş sözü ilə çıxış edən elmi işlər üzrə dekan müavini Sevinc Əliyeva doktorantı təqdim edib, elmi seminarın mövzusu ilə bağlı iştirakçıları məlumatlandırıb.
“Türkiyə ilə sosial-siyasi əlaqələrin inkişafında mətbuatın rolu”  mövzusunda çıxış edən A.Cəfərova bildirib ki, müasir Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün "Azərbaycanın sevinci bizim sevincimizdir, kədəri bizim kədərimizdir" və Ümummilli lider Heydər Əliyevin "Biz bir millət, iki dövlətik" deyimləri həm Türkiyədə, həm də Azərbaycanda ölkələrimiz arasında əlaqələrin tarixini, bu gününü və gələcəyini özündə ehtiva edən birliyimizin formulu kimi qəbul edilir. Azərbaycan Prezidenti İ.Əliyevin dediyi kimi "hər ötən gün siyasi, hərbi, iqtisadi, mədəni, ticari - bütün sahələrdə bu əlaqələr artaraq davam etməkdədir. Bundan sonra güclənən bir Azərbaycan, güclənən bir Türkiyə vardır. Dünya birliyində də, şübhəsiz ki, bu iki ölkənin yeri çox önəmli olmaqdadır və olacaqdır".
Məruzəçi  vurğulayıb ki, Azərbaycan-Türkiyə müttəfiqliyi, dostluğu və tərəfdaşlığı nəinki iki ölkənin milli mətbuatının, ümumiyyətlə dünyanın əksər kütləvi informasiya vasitələrinin gündəmindən düşməyən aktual məsələlərin sırasındadır. A.Cəfərova Türkiyə mediasının  müxtəlif dönəmlərdə baş verənlər barədə, son günlər isə Azərbaycan Prezidentinin və xalqının qardaş ölkədə baş verən təbii fəlakət bölgələrinə yardımlarına, göstərilən maddi-mənəvi dəstəyə dair informasiyalara geniş yer ayırdığını nəzərə çatdırıb, müxtəlif materiallardan nümunələr gətirib.
Seminarda  Milli mətbuat tarixi kafedrasının müdiri professor Cahangir Məmmədli, fakültənin müəllimləri Sevil Həsənova, Sevinc Məmmədova, Gülnarə Sadıqova, Aygün Əzimova, Zibeyda Mirzəyeva, Diləfruz Şahbazova, Elmira Həsənova, Güney Mahmudova  və tələbələr iştirak ediblər.
Məruzədən sonra çıxış edənlər məruzəçinin mövzu ilə bağlı hazırlığını yüksək qiymətləndirərək, elmi  işlərində uğurlar arzulayıblar.
Elmi seminarda müəllimlərin və tələbələrin mövzu ilə bağlı çoxsaylı sualları cavablandırılıb.





Bookmark and Share


© Bakı Dövlət Universiteti 2009